Bunu açıqlamasında şirkətin ölkə meneceri Elnur Bəkirov deyib.
Onun sözlərinə görə, Belçika şirkəti Azərbaycanda nisbətən yaxın dövrlərdə fəaliyyətə başlayıb: "Bizim şirkət qaldırıcı avadanlıqların icarəsi və ya bu avadanlıqların istifadə olunduğu böyük layihələrdə iştirak ilə məşğuldur. Hazırda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin Qobustandakı bərpa olunan enerji sahəsi ilə bağlı layihəsində 10 kranımız istifadə edilir. Onlardan ikisi 800 tonluqdur".
E. Bəkirov qeyd edib ki, şirkətin əsas hədəflərindən biri Qarabağ və Şərqi Zəngəzurda layihələrdə iştirak etməkdir: "Doğrudur, hazırda bununla bağlı konkret razılaşmalar əldə olunmayıb. Bizim şirkət 12 min tonluq kranlar da istehsal edir. Yəni bizim istehsal etdiyimiz qaldırıcı avadanlıqlar böyük layihələrdə - zavod, fabrik, stansiyaların tikintisində, tunellərin inşasında istifadə olunur". (Report)