Bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov 2022-ci ilin yekunlarına dair brifinqdə deyib.
O qeyd edib ki, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur: “Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində 2023-cü ildə də digər işlərdə qaldığı yerdən davam etdiriləcək. Bu sahədə hesabatlılığın təmin edilməsi, yerin təkinin mühafizəsinin təmin olunması, mineral xammal bazamızın artırılması və qorunması, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək ölkəmizdə tətbiq olunması üçün intensiv olaraq işlər davam etdiriləcək”.
(AZƏRTAC)