Bunu Ağdama səfər edən kubalı jurnalist Viktor Karriba deyib.
“Biz bu ərazilərdə baş verən həqiqətlərə şahidlik edərək məlumatlar toplayırıq. Burada olan bütün binalar, o cümlədən tarixi və dini abidələr dağıdılıb, yerlə-yeksan edilib. Harada yerləşməsindən asılı olmayaraq dünyanın istənilən yerində bu məkanlara hörmətlə yanaşılmalıdır”, - deyə o bildirib.
Kubalı jurnalist Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirib. (AZƏRTAC)