Bu barədə açıqlaması zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masada iştirak edən İrəvan mətbuat klubunun fəxri prezidenti Boris Navasardyan bildirib.
“Ümid edirik ki, Bakı ilə İrəvan arasında mövcud olan çoxsaylı ziddiyyətlər və fikir ayrılıqları aradan qaldırılacaq. Aydındır ki, son qərar rəhbərlərimizə və hökumətlərimizə qalır. Lakin hesab edirəm ki, bu həllərin modelləri, bizim görüşlərimizdə işlənib hazırlana və təklif oluna bilər”, - deyə B. Navasardyan görüşlə bağlı gözləntilərini bölüşərkən deyib. (AZERTAC)