19.03.2026, 15:33
AZ EN
19.03.2026, 13:59 123

Paşinyan: "Müharibə olsa, ərazi itirəcəyik"

XƏBƏRLƏR
  • "Ermənistanda Azərbaycanla sülhə qarşı olanlar var. Amma onlar bunu gizlədir və hakimiyyətə gələcəkləri bu məsələlərə yenidən baxacaqlarını bildirirlər. Sülhü yenidən nəzərdən keçirmək əslində müharibəyə hazırlaşmaq deməkdir".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə brifinqdə söyləyib. O, qeyd edib ki, Azərbaycanla sülhün əldə edilməsi ilə barışmaq istəməyənlərin yanaşması Ermənistan üçün yalnız müharibə, həm ərazi itkisi, həm də suverenliyin itirilməsi ilə nəticələnə bilər.

Nikol Paşinyan ad çəkməsə də, keçmiş prezidentlər Robert Köçəryanla Serj Sərkisyanın müharibə ritorikasından əl çəkmədiyini və Ermənistanın beynəlxalq imicinə zərbə vurmaq, ölkəni yenidən dalana dirəmək istədiklərini söyləyib: "Bəzi qüvvələr Ermənistanı öz hakimiyyətləri dövrlərində olduğu kimi periferik vəziyyətdə saxlamaq istəyirlər. Həmin qüvvələr Ermənistanın müstəqillik əldə etməsi ilə barışa bilmirlər və ölkənin tam müstəqil olmasına mane olmağa çalışan emissar rolundadırlar".

Baş naziri bir daha vurğulayıb ki, Ermənistan üçün sülhü yenidən nəzərdən keçirmək müharibə cəhdidir: "Həmin qüvvələr belə bir müharibədən "forpostun idarəçiləri" kimi fayda götürə bilər. Amma siyasi baxışlarından asılı olmayaraq, hamı başa düşməlidir ki, müharibə Ermənistan dövləti üçün çox yanlış və zərərli yoldur. İkinci Qarabağ müharibəsindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə məlum olur ki, bu yanaşma sülhün tərəfdarı olan siyasi qüvvələr üçün maddi baxımdan da sərfəlidir".

Elxan SALAHOV

Oxşar xəbərlər