Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, E.Stipraislə regional əməkdaşlıq, xüsusilə bağlantı imkanları, həmçinin Trans-Xəzər və TRIPP layihələri üzrə səmərəli müzakirələr aparılıb.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Məsləhət Şurasına tamhüquqlu üzvlüyünü nəzərə alaraq bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur. (Trend)