Bunu Belarus lideri jurnalistlərlə söhbətində deyib.
“Mən onu Ermənistan və Azərbaycanla bağlı təbrik etdim. Axı bu, böyük müsbət haldır. Mən ki, Zəngəzur dəhlizinin nə olduğunu bilirəm. Bunu (Naxçıvanı – Qeyd) Azərbaycanla birləşdirmək həqiqətən lazım idi. Bu sülh müqaviləsidir. Onlar (ABŞ – Qeyd) bu dəhlizin Ermənistan ərazisindən keçməsinə kömək edəcəklər. İki ərazi olacaq. Azərbaycan öz bölgəsi ilə (Naxçıvana - Qeyd) təkcə hava yolu ilə bağlı deyil. O (Tramp - Qeyd) buna layiq idi. Mən də onu təbrik etdim”.
Yada salaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişi paraflayıblar. (Report)