"Vətən səsi" xəbər verir ki, nu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti yazıb. Bildirilir ki, erməni diasporunun nüfuzlu nümayəndələri Trampın qızının əri ilə danışıqlar aparmağa müvəffəq olub. Bu məsələni həll etmək iqtidarında olan ABŞ prezidenti deyib ki, Ermənistan hakimiyyətinin səlahiyyətli nümayəndəsi belə bir təkliflə ona yaxınlaşacağı təqdirdə "Vardanyan işi"nə müdaxilə etməyə razıdır. Bir şərtlə ki, Ermənistan hökuməti adından Tramp administrasiyasına rəsmi müraciət olunsun. Çünki ABŞ prezidentinin rəsmi əsası olması üçün sadəcə bir kağız parçası lazımdır. Guya həmin təklif Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Baş nazir Paşinyana çatdırılıb.
Guya həmin təklif Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Baş nazir Paşinyana çatdırılıb. Lakin Paşinyan təklifi rədd edib. O, belə bir məktubun Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına mane olacağını bəyan edib" - “Hraparak” nəşri belə yazır.
Məqalədə o da bildirilir ki, Genser müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanana qədər məhbuslar məsələsi həll olunmalıdır. Əks halda hazırda Bakıda məhkəmə prosesi davam etdirilən erməni məhbusların heç birini, xüsusilə Ruben Vardanyanı azad etmək mümkün olmayacaq.
“Bu məsələ ilə bağlı Paşinyanla görüşən bir sıra insanlar ona bildiriblər ki, prezident Trampın məhbuslarla bağlı Baydendən fərqli mövqeyi var, bu onun üçün prioritetdir. Prezident Tramp razılığa gəlmək imkanının olduğunu görür və o, anlayır ki, məhbuslar istər əvvəl, istərsə də eyni vaxtda bu prosesin bir hissəsi olmalıdır. Paşinyan məhbusların azad edilməsi üçün Trampı bu məsələdə təşviq etməlidir, bunu həm açıq, həm də özəl şəkildə etməlidir”, - deyə erməni nəşrinin yaydığı məqalədə bildirilir.
Elxan SALAHOV