08.08.2025, 09:53
AZ EN
07.07.2025, 15:04 265

Paşinyan Türkiyə ilə yaxınlaşmağa çalışır

XƏBƏRLƏR
  • “Ermənistan hökuməti hazırkı şəraitdə Zəngəzur dəhlizi ilə bağlı məsələrdə ümidini İrana bağlayıb. Buna paralel olaraq rəsmi İrəvan bu məsələlərdə mümkün itkilərdən maksimum dərəcədə sığortalanmaq və öz maraqlarını qorumaq üçün Ankara ilə də yaxınlaşmaq xəttini götürüb. Azərbaycan və Türkiyə sinxron addım atdığından Ermənistan Ankara ilə yaxınlaşaraq Bakıdan müdafiə olunmağa çalışır”.

"Vətən səsi" xəbər verir ki, bunu erməni ekspert Narine Mkrtçyan deyib. O, Ermənistan mətbuatına açıqlamasında bildirib ki, Paşinyan hökuməti xarici siyasətində kardinal dəyişikliklər etməyə başlayıb və regional məsələlərdə Rusiya deyil, Türkiyə ilə əməkdaşlığa üstünlük verir: “Artıq İrəvanın xarici tərəfdaşlarını Ankara seçir. Ermənistan eyni zamanda həm Avropa İttifaqı, həm BRİCS, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa çalışır. Rusiya əleyhinə mövqedən çıxış edir, amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında da qalmağa davam edir. Hökumətin hazırda əsas məqsədi Moskvanı və ona bağlı müxalifəti ölkədən çıxarmaqdır. Beləliklə, əvvəllər olduğu kimi yenə Türkiyə və Rusiya Ermənistanla bağlı razılığa gələcəklər, Qərb də parçalanmamızı izləyəcək".

Narine Mkrtçyan Baş nazir Nikol Paşinyanın hakimiyyətini uzun illəredən bəri davam edən ideoloji siyasətin mərkəzində dayanan qondarma “erməni soyqırımı”nı inkar etməkdə suçlayıb. Onun fikrincə, xarici siyasət konsepsiyasında Rusiyadan imtina olunması, əvəzində Türkiyə ilə yaxınlaşma Ermənistana xeyir gətirməyəcək: "Ermənistan hökuməti xarici siyasət kursunu dəyişib. Ona görə də cəmiyyət sürətlə parçalanmağa doğru gedir”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR