Bunu Ağdamda jurnalistlərə Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov bildirib.
Soiuzbek Nadyrbekov qeyd edib ki, bu baxımdan, Gənclər Forumunun məhz Ağdamda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Eyni zamanda Qırğız Respublikası və Azərbaycanın gənclər siyasəti, eləcə də idman və mədəniyyət sahəsində əməkdaşlığı hazırda uğurla davam edir. Biz gələcəkdə də bu sahələrdə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Bu layihələr iki ölkənin gəncləri üçün qarşılıqlı inkişaf və əməkdaşlıq üçün güclü platforma yaradacaq”. (APA)