17.06.2025, 06:29
AZ EN
02.06.2025, 09:51 214

Türkiyə Zəngəzur dəhlizinə qoşulmağa hazırlaşır

XƏBƏRLƏR
  • Türkiyə də Zəngəzur dəhlizinə qoşulmaq üçün hazırlıqlara başlayıb.

"Vətən səsi" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu “Beynəlxalq dəhlizlər və Türkiyə” konfransında çıxışında deyib. O, bildirib ki, Cənibi Qafqaz regionunda ən mükəmməl nəqliyyat kommunikasiyası rolunu oyanayacaq Zəngəzur dəhlizi həm də Orta Dəhlizin iqtisadi və siyasi potensialının gücləndirilməsini təmin edən əsas faktorlardan biridir: "Zəngəzur dəhlizi Orta Dəhlizə dəstək olacaq".

Nazir həmçinin Orta dəhlizin Türkiyə üçün əhəmiyyətli olduğunu qeyd edib. Uraloğlu Zəngəzur dəhlizi çərçivəsində Dilucu ilə Qars arasındakı dəmir yolu xəttinin tenderini həyata keçirildiyini söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Zəngəzur dəhlizini həm də anadolu üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xətti kimi dəyərləndirib. O, bir neçə gün əvvəl Laçında Azərbaycan və Pakistan liderləri ilə birlikdə üçtərəfli görüşdən geri qayııdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək: "Türkiyə illərdir, davam edən iztirabların qarşısının alınmasına, Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və rifahın bərqərar olmasına böyük əhəmiyyət verir. Türkiyə Azərbaycan və Ermənistan arasında atılan addımları alqışlayır. Sülh sazişinin mətni üzrə əldə olunan razılaşmanı da sabitliyə gedən yolda mühüm inkişaf kimi görür və bu prosesin tez bir zamanda yekunlaşmasını arzu edir".

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR