28.06.2025, 12:57
AZ EN
21.05.2025, 12:39 254

Lavrov: Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır

XƏBƏRLƏR
  • Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır. Rusiya Azərbaycanla Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.

Lavrovun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamıanmasına səmimi şəkildə çalışır, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar kompleksinə bu mənada möhkəm əsas kimi baxır.

"Siz hər zaman bizim dəstəyimizə arxalana bilərsiniz - istər kommunikasiyaların blokdan çıxarılması, istərsə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütün tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində...", - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Moskva həmçinin Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını birləşdirən “3+3” platformasında regional əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətli potensialını görür. (APA)

Oxşar xəbərlər