Bunu xarici işlər nazir müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.
O bildirib ki, bu şüarları və digər nifrət çağırışlarını səsləndirən şəxslərdən heç biri bu günə kimi hər hansı bir məsuliyyətə cəlb edilməyib:
"Halbuki, Ermənistanın öz cinayət qanunvericiliyinə əsasən bu kimi çağırışlar cinayət işinin açılması üçün tam əsas verir. Lakin görünən odur ki, azərbaycanlılara və türklərə gəldikdə bu qanunların icrasından vaz keçilir. Qeyd edim ki, Azərbaycan tərəfindən BƏM-ə təqdim edilmiş bu təkzibedilməz sübutlara cavab olaraq Ermənistan tərəfi bu nifrət nitqinə "söz azadlığı" donu geyindirməyə çalışmış, bunun əsasında etnik zəmində nifrət çağırışlarının qarşısını ala bilmədiyini iddia edib, lakin 7 dekabr 2021-ci il tarixli qərarı ilə Beynəlxalq Ədalət Məhkəməsi belə bir gülünc yanaşmanı rədd edib.
Məlumat üçün bildirmək istərdim ki, Azərbaycan tərəfi cari ilin yanvar aynın 23- də Ermənistana qarşı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinin təxminən otuz illik qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından, doğma-yurdlarından qovulması, soyqırımların və digər bəşəriyyətə qarşı cinayətlərin törədilməsi, bununla da həmin ərazilərinin etniktəmizlənməsi və bundan irəli gələn yer almış diger hadisələrlə bağlı minlərlə səhifəlik dəlillərə əsaslanan əsas iddiasını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.
Dövlətlərarası şikayətlərin beynəlxalq məhkəmələrdə baxılma, xüsusiyyətini nəzərə alaraq, bu əsas iddiaya növbəti illər ərzində baxılacaq. Qeyd edim ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər har hansı bir təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, məhz etnik nifrət və on illiklər ərzində Ermənistanda geniş təbliğ edilmiş "tseğakronizm" radikal milliyyətçi ideoloji xəttə əsaslanmış və ondan ruhlanıb. Bizim dövlətlərarası iddia da məhz bunu göstərir. Təbii ki, bu ideologiya etnik ermənilərin bərabər hüquqlarını, iki xalqın birgə yaşayışını təşviq edən, dəfələrlə barışığa çağıran Azərbaycan hökumətinin yanaşması ilə tamamilə ziddiyyət təşkil edir". (APA)