28.06.2025, 21:27
AZ EN
15.01.2025, 09:17 154

Ermənistan delimitasiya komissiyasının tərkibini dəyişdi

XƏBƏRLƏR
  • Ermənistanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının tərkibində dəyişiklik edilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb. Qərara əsasən, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini polkovnik S.Qriqoryan delimitasiya komissiyasının tərkibindən çıxarılıb. Onun yerinə həmin idarənin birinci müavini general-mayor Aleksandr Tsakanyan təyin edilib.

Bundan əlavə, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan da delimitasiya komissiyasının tərkibində olmayacaq. O, nazir müavini Armen Simonyanla əvəzlənib.

Xatırladaq ki, delimitasiya komissiyasının sonuncu iclas 2024-cü il noyabrın 1-də keçirilib. Baş nazir Nikol Paşinyan bir müddət əvvəl “Armenpress”ə müsahibəsində komissiyalarının növbəti iclasının yanvarda keçiriləcəyini söyləmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər