Bunu BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin Ağdam səfərinin iştirakçısı Cihan Əl Hüseyni söyləyib.
O deyib: “Burada gördüklərimdən, o cümlədən şəhidlər məzarlığından çıxandan sonra çox kövrəlmişəm, qarışıq hisslər içərisindəyəm, fikirlərimi ifadə edə bilmirəm. Dağıntılarla yanaşı, Azərbaycanın qısa zamanda apardığı inşaat işlərini də gördük. Azərbaycanlılar həm tarixi yurdlarına qayıdıblar, həm də bu torpaqlara həyat bəxş edirlər. Allah Azərbaycan xalqını qorusun!”. (AZƏRTAC)