28.06.2025, 03:07
AZ EN
23.10.2024, 10:31 323

Paşinyan sərhədlərin demarkasiyası barədə

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası barədə yeni açıqlamalarla çıxış edib.

"Vətən səsi" xəbər verir ki, o, Azərbaycanla bütün mübahisəli məsələlərin, o cümlədən sərhədlərin müəyyənləşdirilməsinin danışıqlar yolu ilə həll ediləcyinə inamını ifadə edib: "Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur. Biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq".

Bununla belə, Paşinyan şərti sdərhəddə bir neçə kvadratkilometr ərazinin 44 günlük müharibədən sonra Azərbaycan ordusunun nəzarətinə keçdiyini də iddia edib. Ardınca isə əlavə edib ki, Ermənistan həmin ərazilərin hərb yolu ilə geri qaytarmaq niyyətində deyil: "Biz şərti sərhəddəki əraziləri hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq. Çünki Azərbaycanla imzaladığımız delimitasiya prosesi barədə sənəd sərhədlərin demarkasiyasının hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır”.

Elxan SALAHOV

Oxşar xəbərlər