"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumatında deyilir. Erməni mətbuatının yaydığı məlumatda bildirilir ki, məhkəmə Bakı və İrəvan tərəfindən avqustun 30-da imzalanan sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır.
Xatırladaq ki, ötən həftə reqlament Ermənistan hökumətinin iclasında təsdiq edilib. Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə verildikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. Hələ avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi Bakı və İrəvanın sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzaladıqlarını bəyan etmişdi.
Elxan SALAHOV