"Vətən səsi" xəbər verir ki, Rusiya Qvardiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, təlimdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan hərbi birliklər iştirak edəcəklər. KTMT ölkələri üçün xüsusi önəm daşıyan təlimlərdə Ermənistan yenə də iştirak etməyəcək. Daha doğrusu, rəsmi məlumatda KTMT üzvü olan Ermənistanın "Kobalt-2024" təlimlərində iştirakına dair heş bir qeyd yoxdur.
"Təlim iştirakçıları üç gün ərzində təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət vərdişlərini təkmilləşdirəcəklər", - deyə Rusiya Qvardiyasının məlumatında bildirilir.
Xatırladaq ki, hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu açıqlamalarından birində bəyan edib ki, ölkə təşkilatda iştirakını de-fakto dondurub. Rəsmi İrəvan bundan əvvəl də bir neçə dəfə təşkilatın təlimlərinə qatılmaqdan imtina edib.
Elxan SALAHOV