Rusiya sülhməramlı kontingentinə məxsus növbəti hərbi texnika Qarabağı tərk edib.
"Vətən səsi" xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkərdə yayılıb. Bildirilir ki, növbəti eşelonun bölgəni tərk etməsi Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasimdən sonraya təsadüf edib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi. Hərbi kontingentin Qarabağ bölgəsini tezliklə tərk etməsi prosesi aprelin 4-də Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən başlayıb. Rusiya Müdafiə Nazirliyi prosesin sentyabrın sonunadək başa çatacağını bəyan edib.
Elxan SALAHOV