28.06.2025, 08:03
AZ EN
02.02.2024, 11:19 356

ABŞ Dövlət Departamenti ermənipərəst jurnalistin təxribatına uymadı: Prezident seçkiləri Azərbaycanın daxili məsələsidir

XƏBƏRLƏR
  • ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurnalistin təxribatına uymadı.

Metyu Miller brifinqdə Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı təxribatçı sualı, xüsusən ATƏT-in "hesabat"ını şərh etməkdən imtina edib.

"Azərbaycanın daxili seçkiləri ilə bağlı sadəcə heç bir şərhim yoxdur", - o deyib.

Jurnalist müzakirəni davam etdirməyə çalışıb, lakin Miller digər mövzuya keçib.

Xatırladaq ki, bir qədər əvvəl ATƏT-in Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı hazırladığı ilkin hesabatda seçkilərin şərtləri ilə bağlı bəzi problemlərin olduğu qeyd edilib.

Eyni zamanda, ATƏT-in Parlament Assambleyasından (PA) olan 80-dən çox müşahidəçi fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri üçün ölkəmizə gələcək. Bu, 1995-ci ildən indiyədək ATƏT PA-nın Azərbaycanda onuncu seçki müşahidəsi olacaq

2023-cü il dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Növbədənkənar Prezident seçkilərində iştirak üçün 7 namizəd qeydiyyatdan keçib. (Trend)

Oxşar xəbərlər