28.06.2025, 15:21
AZ EN
13.12.2023, 13:55 391

Hərbi əsirlərin dəyişdirilməsi yaxın günlərdə icra olunacaq

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsi barədə razılıq yaxın günlərdə icra olunacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, mübadilə prosesi bu gün və ya sabah baş tuta bilər.

Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyan mətbuata açıqlamasında hərbçilərin dəyişdirilmə prosesinin Ermənistan-Azərbaycan sərhədində baş tutacağını istisna etməyib. Amma o, hərbi əsirlərin dəyişdirilməsi zamanı vasitəsilərin olub-olmayacağını açıqlamayıb. Ehtimal olunur ki, mübadilə prosesində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəçi ola bilər.

Beynəlxalq Qırmızı Xaç Komitənin Ermənistandakı nümayəndəliyinin əməkdaşı Zara Amatuni bildirib ki, təmsil etdiyi qurum tərəfləri neytral vasitəçi olmağa hazır olduqları barədə məlumatlandırıb: “Hazırda deyə biləcəyimiz yeganə şey odur ki, tərəflər bizə müraciət etsələr, prosesdə rol oynaya bilərik. Hazırda bizdə başqa məlumat yoxdur”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı tərəfindən dekabrın 7-də verilən birgə açıqlamada Bakı ilə İərvan arasında bir sıra razılığın əldə edildiyi bildirilib. Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (İrəvanda saxlanılan azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov) azad edəcək. Lakin bunun nə vaxt olacağı hələ rəsmi şəkildə açıqlanmayıb. Hər iki ölkənin ictimaiyyəti neçə gündür hərbçilərin dəyişdiriləcəyi anı gözləyir.

Elxan SALAHOV

Oxşar xəbərlər