Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, əgər Ermənistan həqiqətən sülhdə maraqlıdırsa, onda nə üçün sülh müqaviləsinə dair Azərbaycanın təkliflərinə cavabını 2 ay yarım yubadıb? Əgər Ermənistan həqiqətən sülh istəyirsə, onda nəyə görə başda Fransa olmaqla bir sıra ölkələrdən silah alır? Sülh istəyən ölkə nəyə görə regiondan kənar qüvvələri bölgəyə gətirmək istəyir.
Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan ucuz şou, qarayaxma ilə məşğul olmamalı, sülh üçün real və səmimi addımlar atmalıdır. “Timsah göz yaşları”, özünü yalandan “demokratik” ölkə kimi sırımaq Ermənistana kömək etməyəcək. (AZƏRTAC)