28.06.2025, 08:33
AZ EN
18.10.2023, 11:00 403

Türkiyə MN: "Azərbaycanlı qardaşlarımızla bir yerdə olmağa davam edəcəyik"

XƏBƏRLƏR
  • “Azərbaycanlı qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir yerdə olmağa davam edəcəyik”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycanın 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü münasibəti ilə “X” hesabında etdiyi paylaşımda bildirilib.

“İki bədəndə bir can: Türkiyə - Azərbaycan. Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, Azərbaycan xalqına salamlarımızı çatdırırıq. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı”, - nazirlikdən qeyd olunub. (Report)

Oxşar xəbərlər