Bunu Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında deyib.
Rassel Teylor Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda keçirilən sərgilərə verdiyi davamlı dəstəyə və bu mühüm sənaye tədbirinin açılışında ənənəvi olaraq iştirak etdiyinə görə dərin minnətdarlığını bildirərək deyib: “Bu, hər kəsə həm bu sənaye sahəsinin region üçün əhəmiyyətini və eyni zamanda, həmin sənaye sahəsinin daxilində bu tədbirin əhəmiyyətini göstərir”.