27.06.2025, 18:13
AZ EN
29.06.2023, 15:35 246

Fransa səfiri: AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənirəm

XƏBƏRLƏR
  • AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənirəm.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Ann Buayon tviter hesabında yazıb.

“Fransada AzTV komandasına edilən hücuma görə çox təəssüflənirəm. Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq”, - diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Azərbaycan Televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər. (AZƏRTAC)

Oxşar xəbərlər