Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
Deputat bildirib ki, Paşinyan hakimiyyəti bir tərəfdən danışıqların sülh sazişi ilə nəticələnməsinə mane olan təxribatlar törədir, digər tərəfdən də Azərbaycana qarşı yalan və böhtan kampaniyası aparır. “Bu kontekstdə qeyd edə bilərik ki, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinə qarşı “etnik təmizləməsi” və Laçın yolunun “blokada”sı ilə bağlı iddiaları da növbəti yalan təbliğatdan başqa bir şey deyil. Bəlli olduğu kimi, Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən sərbəst keçid təmin olunur. Yayılan kadrlardan da göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir”.
Vüqar İskəndərov, həmçinin Azərbaycan sərhədçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiyini söyləyərək deyib: “Bir sözlə, Laçın yolunda təhlükəsizlik və sərhəd keçidində nəzarət təmin olunub, qayda-qanun çərçivəsində sərhədi keçməklə bağlı heç bir problem yoxdur. Ermənistan hakimiyyəti isə nə qədər gec deyil ölkəsini tamamilə məhvə aparan siyasətdən əl çəkməlidir”. (AZƏRTAC)