26.09.2025, 02:59
AZ EN
24.09.2025, 13:45 35

Ermənistanın Rusiya ilə birləşməsini istəyən meri həbs gözləyir

XƏBƏRLƏR
  • Ermənistanın “İttifaq dövləti” adı altında Rusiyaya birləşdirilməsinə çağırış edən Gümrü şəhərinin meri Vardan Qukasyan həbs oluna bilər. Artıq belə bir həbs gözləniləndir və bu, heç kimi təəccübləndirməyəcək”.

"Vətən səsi" xəbər verir ki, Ermənistan nəşr olunan “Joqovurd” qəzetində yayılan məqalədə belə deyilir. Bildirilir ki, Baş nazir Nikol Paşinyan Ermənistan dövlətinin müstəqilliyinə və suverenliyinə xələl gətirən çağırışlar edən Qukasyanla bağlı araşdırma aparmaq üçün müvafiq qurumlara göstəriş verib.

"Nikol Paşinyan dünən apreldə Gümrü şəhərində keçirilən mer seçkilərinin saxtalaşdırıldığını bəyan edib. O, deyib ki, aidiyyəti qurumlar niyə Gümrüdəki hadisələrə diqqət yetirmirlər? Seçkilər zamanı rüşvət paylanılıb, bundan sonra kimsə 100 səs fərqi ilə mer seçildi, amma heç kim etiraz aksiyası keçirmədi ki, müxalifət necə rüşvət paylayıb, özünə mer seçib?”, - deyə məqalədə bildirilir.

Nəşrin yazdığına görə, Paşinyan bu sözləri ilə faktiki olaraq hüquq-mühafizə orqanlarına Gümrü şəhərinin müxalif mövqeli merini həbs etmək üçün göstəriş verib.

Xatırladaq ki, Ermənistanın Rusiya ilə “İttifaq dövləti”ində formasında birləşməli olduğu barədə çağırışlar edən rusiyayönlü siyasətçi Vardan Qukasyan bu ilin aprelində Gümrüdə keçirilən mer seçkilərində qalib gəlib.  Ermənistan Kommunist Partiyasının üzvü olan Qukasyanın bu çağırışları erməni cəmiyyətində geniş mübahisələr yaratsa da, onun seçkilərdəki saxtakarlıq əməlləri Rusiya ilə birləşmək arzularını kölgədə qoymuşdu.

Elxan SALAHOV

 

Oxşar xəbərlər