27.06.2025, 11:44
AZ EN
24.04.2025, 15:11 262

Revanşist ermənilər Tbilisidə aksiya keçirib

XƏBƏRLƏR
  • Gürcüstanın erməni icmasının üzvləri Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında uydurma “erməni soyqırımı”nın 110-cu ildönümünə həsr olunan ənənəvi aksiya keçirib.

"Vətən səsi" xəbər verir ki, polis səfirlik ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiyada ermənilərin Azərbaycana və Türkiyəyə əsassız iddialarını əks etdirən müxtəlif fotoşəkillər də sərgilənib. Bəzi iştirakçıların köynəklərində vaxtilə işğal altında olan ərazilərimizdə yaradılmış qondarma "Artsax respublikası"nın Bakıda məhkəməsi davam edən "liderləri"nin fotoşəkilləri və onlara azadlıq şüarları, həmçinin qondarma rejimin "bayrağı"nın təsvirləri yer alıb.

Aksiyada erməni icmasının petisiyasına imzalar da toplanılıb. Həmçinin erməni icmasının gürcü və ingilis dillərində nəşr etdirdiyi və "Azərbaycanın ermənilərə qarşı genosid siyasəti" adlandırılmış kitablar paylanıb. Əllərində Ermənistan və Gürcüstan bayraqları və plakatlar tutan aksiyaçılar Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Erməni icmasının üzvü Artur Mirzoyan çıxışında Azərbaycanın ünvanına uydurma ittihamlar səsləndirməklə yanaşı Bako Saakyan və digərlərinin azadlığa buraxılmasını tələb edib.

Elxan SALAHOV

Oxşar xəbərlər