28.06.2025, 02:01
AZ EN
18.02.2025, 08:49 274

Koçaryan yenə uduzacaq

XƏBƏRLƏR
  • Ermənistan mətbuatında cinayətkar Robert Koçaryanın dünənki mətbuat konfransında söylədikləri gündəmdə qalmaqdadır. Bu "Hraparak"ın paylaşdığı müxtəlif yazılarda da özünü göstərir.

"Paşinyanın təlaşı, Koçaryanın startı" başlıqlı paylaşımda qeyd olunub ki, son 3 ildə ilk dəfədir uzunmüddətli mətbuat konfransı keçirib bir sıra məsələlərə aydınlıq gətirən R.Koçaryan bununla həm də gələn il keçiriləcək parlament seçkilərinə start verib. Bu olayın Paşinyanı qayğılandırdığını ehtimal edən agentlik hakim "Vətəndaş müqaviləsi partiyası" da artıq özünün cari və gələcək fəaliyyətinə yenidən baxmağa məcbur olduğunu da vurğulayıb. Koçaryanın fəaliyyəti nəticəsində  növbədənkənar seçkilər keçirilməsini  də ehtimal edən mənbə hayların gələcəkdə yaxşı heç nə ilə qarşılaşmayacaqlarını da diqqətə çatdırıb.

N.Qaramanlı

Oxşar xəbərlər