28.06.2025, 17:31
AZ EN
09.06.2024, 08:37 371

Ermənistanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın iki gündən sonra söndürülüb

XƏBƏRLƏR
  • Mayın 6-da İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayışdan sonra yaranan yanğın iki gün sonra söndürülüb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Xatırladaq ki, iyunun 6-da axşam İrəvan-Sevan magistralında Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Bildirilib ki, maye qaz çənlərinin partlaması güclü yanğınla müşayiət olunub.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Ermənistan Səhiyyə Nazirliyi qeyd edib ki, vəziyyəti ağır olan iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib. (Report)

Oxşar xəbərlər