Qeyd olunub ki, hakimiyyət əhalinin sayının daha çox olduğunu desə də reallıq başqadır və hazırda Hayastanda əhalinin sayı 2 milyon 700 min nəfərdir. Avropa ittifaqına üzvlüklə bağlı parlamentdə gedən müzakirələrdən isə Rusiya tərəfdarlarının az olduğunu vurğulayan nəşr əlavə edib ki, haylar ruslara böyük ümidlər bəsləsələr də ikinci Qarabağ müharibəsində və Azərbaycanın keçirdiyi bir günlük antiterror əməliyyatında bu ümidlər özünü doğrultmadığına görə antirusiya aksiyalara başlanıldı. Rusiya ilə Ermənistanın sənədlə müttəfiq, reallıqda isə bir-birini istəməyən dövlətlər olduğunu xatırladan nəşr İrəvan-Moskva münasibətlərinin kəsiləcəyi, Avropa ilə əməkdaşlığın dərinləşəcəyi təqdirdə hayların guya tərəqqisi başlayacağı kimi cəfəng fikir də yazıb. Xəbəri "Hraparak"ın müxbiri Narek Harutyunyan paylaşıb.
N.Qaramanlı