27.06.2025, 19:53
AZ EN
09.06.2024, 13:28 353

İranda prezidentliyə iddialı ilk qadın namizədliyini geri götürüb

XƏBƏRLƏR
  • İranda prezidentliyə ilk qadın namizəd Zöhra İlahian növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarına gəlib.

Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

“Namizədlikdən geri çəkildiyimi bəyan edirəm”, – İslam Şurası Məclisinin sabiq üzvü bildirib.

Eyni zamanda, İlahian seçkilərdə “inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka” çağırıb.

Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib. (Report)

Oxşar xəbərlər