28.06.2025, 07:22
AZ EN
04.06.2024, 14:25 363

Ermənilər Azərbaycana qaytarılan ərazidə evləri sökür

XƏBƏRLƏR
  • Qazaxla sərhəddə yerləşən Kirants kəndinin sakinləri Azərbaycanın nəzarətinə keçən evlərini sökməyə başlayıblar.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Bildirilir ki, Kirants kəndi yaxınlığında sərhəd dirəklərinin qurulmasına baxmayaraq, hələ də Azərbaycanın nəzarətinə keçən hissədə fərdi ev tikmiş ermənilər ərazini tərk etmək istəmirlər. Hətta 30 ildən artıq işğal zonasında yaşayan ermənillərdən bəziləri onları köçürməyə gələn hökumət nümayəndələrinə etiraz edərək evlərini boşaltmayacaqlarını deyirlər.

Xatırladaq ki, delimitasiyadan sonra Kirants kəndində torpaq sahəsinin bir hissəsi və ermənilərin yaşadığı iki ev Azərbaycan ərazisində qalıb. Sakinlərə onları azad etmək üçün iyunun 24-dək vaxt verilib. Ermənistan hökuməti evi və həyətyanı torpaq sahəsi Azərbaycan tərəfinə verilən ailələrə kompensasiya ödəniləcəyini vəd edib.

Elxan SALAHOV

Oxşar xəbərlər