Bu barədə Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Aİ-nin İrəvandakı səfiri Vasilis Maraqos da iştirak edib.
Qeyd edilib ki, görüş zamanı regional vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və sərhədlərin delimitasiyası prosesinə toxunulub. Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlıq və onun gələcək inkişafı məsələləri müzakirə edilib.
T.Klaar bir daha qeyd edib ki, Aİ Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında razılaşmanı tam dəstəkləyir. (Report)