"Hraparak"ın bu günkü sayında da sözügedən məsələyə münasibətdə fikir ayrılıqlarının olduğu görünür. Hər şeyə öz uydurmaları ilə dəyər verən ermənilər bu ənənəyə sadiq olduqlarını yenə nümayiş etdirirlər. Mətbuatda Azərbaycanşünas kimi təqdim olunan Armine Adıbekyan (bəzən Adilbekyan yazılır-red.) 2018-ci ildə əsir və girovların hamının hamıya prinsipi ilə dəyişdirilməsi barədə razılıq əldə edilib. Ötən il 2 azərbaycanlı əsgərlə 34 erməninin dəyişdirilməsinə də ermənisayağı dəyər verən bu qadın digər erməni əsirlərin, ən qəribə və gülməlisi isə separatçı rejimin başçılarının da azad edilməsini arzulayır. Öz fikrini uydurmalarla isbat etməyə cəhd edən Armine dərk etmək istəmir ki, bu və ya digər şəraitdə yolu azıb əsir götürülməklə düşünülmüş qaydada terrorçu, separatçı olmaq tam ayrı faktdır. Beynəlxaq qanunlarda da terrorçuluq, separatçılıq cinayət fəaliyyəti olaraq qəbul edilib və bu, bağışlanılmazdır.
Əsirlərin qaytarılması üzrə vəkil Artaq Zeynalyan isə bu qadından fərqli mövqedə olduğunu sübut etməyə çalışıb. Deyir ki, sərhəddi bilməyərək pozub əlimizə keçən əsgəri geri qaytarmaqla humanist missiya müəllifi olmuşuq və gələcəkdə də belə hal baş verərsə analoji addım atmalıyıq. Əsas məsələ milli şüurdur. Siranuş Sahakyan adlı qadın da azərbaycanlı əsgərin azad edilməsini düzgün addım adlandırıb. O öz oğlunun da əsgər olduğunu və sərhəddə xidmət etdiyini bildirərək deyib ki, əgər o da yolu azıb əsir götürülməsə qarşı tərəf də analoji addım atar.
N.Qaramanlı