Həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun dinamik inkişafını və müxtəlif istiqamətlərdə tərəfdaşlığın gələcək inkişafına hazırlığı məmnuniyyətlə qeyd ediblər.
Mirzoyan və Kassis Cənubi Qafqaz və Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparıblar. Ermənistanın XİN rəhbəri İrəvan və Bakı arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları təqdim edib.
Onlar, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. (Report)