- "Hraparak" xəbər verir ki, Qarabağdakı məğlubiyyətdən sonra həm Ermənistan hakimiyyətinə, həm də hakim "Vətəndaş müqaviləsi" partiyasına inam xeyli azalıb və növbəti seçkidə həmin partiyaya etimad göstərənlərin sayı kəskin şəkildə azalacaq. Ona görə də partiyanın bir çox üzvləri, xüsusilə istədikləri vəzifəyə təyin olunmayanlar artıq gələcəkdə hansı partiyanın tərkibinə qatılacaqları barədə düşünür və müxtəlif bəhanələrlə istefaya gedirlər.
Belələrindən biri də Vartan Papyandır. O, ötən il dekabrın 28-də ərizə verib və yanvarın 22-də Yeni Hacı bələdiyyəsindən vəzifəsindən də istefa verib. Onun yaxın ətrafından isə bildiriblər ki, o və daha bir neçə sabiq Nikolçu artıq yeni siyasi qurum yaratmaq üçün danışıqlar aparırlar.
Deyəsən, Ermənistanda hərə bir "fərdi partiya" yaradacaq.
N.Qaramanlı