Bütün dünyaya Laçın yolunun bağlanmasından, humanitar böhrana məruz qalmalarından şikayət edən ermənilər guya Xankəndində aclıq və səfalətin hökm sürdüyünü car çəkirlər. Amma yalanın ömrü bu dəfə heç dörd gün də çəkmədi.
Bu görüntülər Xankəndində ermənilərin təşkil etdiyi kef məclisindəndir. İyulun 16-da çəkilən bu görüntülər erməni yalanlarını növbəti dəfə ifşa etdi. Görünən odur ki, yalançı erməni hay-küyünə artıq heç kim fikir vermir. İndi onların ağyalanlarına inanan da yoxdur. Yəqin ki, bütün bunlardan sonra da onlar Azərbaycan torpaqlarında, Azərbaycan tabea olaraq necə yaşamalı olduqlarını dərk edəcəklər. Yoxsa sonra gec olacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ