Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan brifinqdə deyib.
O, konkret tarixlər deməsə də, tikintinin kifayət qədər aktiv getdiyini qeyd edib.
R.Badasyan Ermənistan tərəfində işlər başa çatdıqdan sonra sərhədin açılıb-açılmayacağı ilə bağlı hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, bu il mayın 27-də bildirilmişdi ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin tikintisinə hazırlaşır. (Report)