27.06.2025, 06:16
AZ EN
24.12.2023, 09:11 268

İslam Abbasov rəqiblərinə qalib gələrək Azərbaycan çempionu olub

XƏBƏRLƏR
  • 2023-cü il dekabrın 21-də Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.

Bakı İdman Sarayında keçirilən yarışda yunan-Roma güləşi üzrə son 7 çəkidə qaliblər müəyyənləşib. Qaliblərin arasında

Qubadlının Gürcülü kəndindən olan idmaçımız, Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov da yer alıb. 87 kq çəki dərəcəsində güləşən İslam Abbasov bütün rəqiblərinə qalib gələrək ən yüksək nəticə göstərib, Azərbaycan Çempionu olub!

Pəhləvanımız, Qubadlının fəxri İslam Abbasovu Azərbaycan Çempionu olması münasibətilə ürəkdən təbrik edirik, can sağlığı, böyük uğurlar arzulayırıq!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər