26.06.2025, 13:00
AZ EN
31.03.2023, 15:13 465

Qərbi Azərbaycan, Paşalı rayonu

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Dərələyəz mahalı ərazisində olan Paşalı rayonu peşəkar Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov rayonu adlandırılmışdır. Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandırılmışdır. 1991-ci ildə yenidən adı dəyişdirilərək Vayk rayonu qoyulmuşdur. Rayonun ərazisi 1173 kv.km, rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə isə 139 km-dir. Dərələyəz dağ silsiləsi və Səfolar yaylası rayon ərazisində yerləşir. Quyudağ, Ağxaç aşırımı, Keçid su anbarı da bu rayondadır. Məşhur Arpa-Göyçə su kanalı məhz Arpaçay üzərindəki Keçid su anbarından başlanır. Dərələyəz silsiləsi Arpaçay ilə Naxçıvan çayı arasında uzanıb, Şərqdə Zəngəzur silsiləsinə qovuşur. Bu dağ silsiləsinin ən hündür zirvəsi 3120 metr olan Kükü dağıdır.  Rayonda azərbaycanlılar 1988-ci ilə qədər yaşamış, həmin il yurd yerlərini tərk etməyə məcbur olmuşlar.

İsa Musayev

Oxşar xəbərlər