05.08.2025, 19:28
AZ EN
19.02.2023, 09:00 341

Qırxbulaq mahalı, Quyulu kəndi

QƏRBİ AZƏRBAYCAN

Qırxbulaq mahalı, Ellər rayonu ərazisində, Zəngi çayının yuxarı axarında, Hadis dağı ətəyində, Dəlləkli, Qaracalar və qonşu Axta rayonunun Fontan kəndləri yaxınlığında olan bu kənddə ancaq Azərbaycan türkləri yaşamışdır. 1728-ci ildə yazılmış "İrəvan əyalətinin icmal dəftəri"ndə Qırxbulaq nahiyəsinin Quyubulaq kəndi kimi qeydə alınmışdır. Milli Məclisin üzvü Əziz Ələkbərli yazır ki, bu kənd həm də Keçili adlandırılıb. Maraqlı məqamdır ki, həmin mənbədə Keçili ayrıca kənd kimi də qeydə alınmışdır. 1918-ci ildə kənd erməni daşnaklarının vəhşi hücumları nəticəsində sağ qalmış insanlar Türkiyə, İran ərazilərinə pənah aparmışdır. Bölgədə Sovet hakimiyyətinin qurulması ilə bağlı az bir ailə geri qayıtmışdır. Kəndin adının etimologiyası ilə bağlı fikirlərə görə həmin kəndin ilkin adı Keçilidir.  Bu tayfa Oğuzların Qayı//Kayı tayfasına mənsub olmuş, Səfəvilər dövründə əsasən Naxçıvanda yaşayan Gəngərlərə qarışmışlar. Elə ona görə də 19-cu əsrdə Naxçıvanda yaşayan Gəngərlərin bir qolu Keçili adlanmışdır. Buradan aydın görünür ki, kəndin Quyubulaq adı da həmin Keçili tirəsinin mənsub olduğu Qayı tayfa adındandır.  Onu da qeyd edək ki, 1948-ci ildə başlayan deportasiya bu insanları növbəti dəfə öz dədə-baba yurdlarından didərgin salmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər