Qars vilayətinin Qars qəzasında, indiki Amasiya olan Çivinli kəndində yalnız azərbaycanlılar yaşamışlar. Rayon mərkəzindən 27 km şimal-qərbdə, Türkiyənin sərhəddində kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd olunmuşdur. Ehtimal olunur ki, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli türk etnonimi əsasında formalaşmışdır. 19 aprel 1991-ci ildə kəndin adı dəyişdirilərək Yenacur qoyulmuşdur.
İsa Musayev