Bayramov Gülhüseyn Vidadi oğlu 1990-cı ildə Cəbrayılda anadan olub. O, uşaq yaşlarında rayonu tərk etməyə məcbur qalsa da, qəlbində hər zaman qayıdış ümidi yaşatdığını bildirir: “Cəbrayıldan ayrılanda yaşı az olduğu üçün yadımda heç nə qalmayıb. Amma ailədə həmişə doğma Cəbrayılla bağlı xatirələr dinləmişəm. Bütün ailəmiz inanırdı ki, biz bir gün öz yurdumuza geri dönəcəyik. 2020-ci ilin 27 sentyabrında başlanan şanlı Vətən Müharibəsində torpaqlarımız bir-bir azad olunduqca biz də sevinir, Cəbrayılın adını səbirsizliklə gözləyirdik. Nəhayət bir gün Cəbrayılın işğaldan azad edildiyi xəbərini ailəmiz böyük bayramla qarşıladı...”
2025-ci ilin yanvar ayında Gülhüseyn ailəsi ilə birgə doğma Cəbrayıla qayıdıb və öz ata-baba yurdunda mənzillə təmin edilib.
Cəbrayıl sakini deyir ki, mən iş üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Onlar məni 3 aylıq kursa cəlb etdilər. Kursu bitirib işlə təmin edildim. Artıq 7 aydır ki, mən qaz təsərrüfat nəzarətçisi işləyirəm. Mənim üçün çox xoşdur ki, öz rayonumda həm yaşayır, həm də işləyirəm.
Mina RƏŞİD