Bərgüşad çayı Həkəri çayı ilə Qubadlının Qaralar və Xocahan kəndlərinin yaxınlığında yerləşən “Hindiverd” burnu adlı ərazidə birləşir. Buradan yoluna birgə davam edən çay Araz çayına tökülür. İki fərqli axının eyni məcrada birləşməsi, suyun rəng və axın fərqləri ilə müşahidə olunan mənzərəni daha da möhtəşəm edir.
Bu ərazi yalnız təbiətsevərlər üçün deyil, həm də bölgənin ekoloji balansının qorunması və ekoturizmin inkişafı baxımından böyük potensiala malikdir. Bərgüşad və Həkəri çaylarının qovuşduğu bu nöqtə Qubadlının təbii gözəlliyini və torpağın canlı ruhunu özündə əks etdirən simvolik bir məkan kimi qiymətləndirilir.
Hazırladı: Tahirə AĞAMİRZƏ