16.06.2025, 22:48
AZ EN
05.06.2025, 10:29 217

Ağalı kəndinin daxili suvarma sistemi yaxşılaşdırılacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq işləri mərhələli şəkildə davam etdirilməkdədir. Həmin ərazilər üzrə infrastruktur şəbəkəsi yenilənir, tarixi abidələr bərpa olunur, bir sözlə Qarabağ və Şərqi Zəngəzur regionu dirçəldilir.

Bu işlərin davamı kimi Zəngilan rayonunun Ağalı kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma sistemi çəkiləcək.

Belə ki, bununla bağlı ilkin olaraq layihə-smeta sənədləri hazırlanacaq.

Hazırda “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) sözügedən əraziyə suvarma sisteminin çəkilməsi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkəti müəyyənləşdirməkdədir.

Qeyd olunan işlər üzrə sənədlərin hazırlanmasının 41,8 min manata başa gələcəyi proqonozlaşdırılır. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR