26.09.2025, 02:42
AZ EN
24.09.2025, 16:21 205

Xüsusi nümayəndə: Kəlbəcər Bal Festivalı gələcəkdə ənənə halını alacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcərdə bu gün ilk dəfə keçirilən Bal Festivalı gələcəkdə ənənə halını alacaq.

Bunu Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kəlbəcərdə arıçılıq inkişaf etməkdədir:

"Kəlbəcərdə belə bir tədbirin keçirilməsi qürurvericidir. Bu, ilk festival olsa da, tədbirlər ənənə halını alacaq. Hər il Kəlbəcərdə bal festivalının təşkil olunması nəzərdə tutulur". (Report)

Oxşar xəbərlər