05.08.2025, 01:02
AZ EN
01.04.2024, 11:57 407

Kəlbəcər Böyük Qayıdışa hazırlaşır

ŞƏRQİ ZƏNGƏZUR
  • Tezliklə Kəlbəcər illər sonra ilk sakinlərini qarşılayacaq. Hazırda şəhərdə sürətlə tikinti-quruculuq işləri gedir. İnşa edilən 4 mərtəbəli yaşayış binalarının memarlığında İsveç modelindən istifadə edilir.

Böyük Qayıdışın növbəti dayanacağı Kəlbəcərdir. Bura Kəlbəcərin Zəfər prospektidir. Ərazidə 6 ədəd 4 mərtəbəli binalar və 9 ədəd fərdi evlərin tikintisi davam edir. İşlər hava şərəiti və relyefin çətinliyi nəzərə alınmadan  sürətlə gedir. Məqsəd isə birdir: sakinləri Kəlbəcərə, Kəlbəcəri isə sakinlərə qovuşdurmaq.  Ermənilər işğal müddətində burda da daşı daş üstə oymayıblar. Kəlbəcər isə dağıntıların fonunda dircəldilir. Onu dirçəldənlərin arasında elə keçmiş məcburi köçkünlər də var.

İşçi, İlqar Həsənov:

-Mən Kəlbəcər rayonunun Cəlilli kəndindənəm. 30 il bundan əvvəl Kəlbəcər rayonu gözəl bir şəhər idi. Ermənilər buranı da viran qoymuşlar. Biz isə indi qayıtmışıq Kəlbəcəri abadlaşdırmağa. Mənim üçün çox gözəl bir gündür, qürurvericidir ki, burdayam. Doğma Kəlbəcərimizdə canla-başla işləyirəm.

Qeyd edək ki, tikintisi davam edən binalar 3 girişdən ibarətdir. 4 mərtəbəli binalarda sakinlərin rahatlığı üçün liftlər də nəzərdə tutulub. Binaların zirzəmi hissəsi avtomobillər üçün dayanacaq kimi istifadə olunacaq. Hər binada 27 mənzil olacaq. Fərdi yaşayış evləri isə 39  mənzilli inşa ediləcək.

Mühəndis, Elgün Muxtarov:

-Hal-hazırda gördüyünüz binaların hər birisi İsveçrə layihəsi üzərində tikilir. Binaların tikintisində yüksək keyfiyyətli materiallardan istifadə olunub. İstər betonun keyfiyyətində, istər digər materialların keyfiyyəti analiz olunub, yoxlanılıb hər birisi düzgün qaydada istifadə olunub.

Azadlığının ən günəşli günlərini yaşayan Kəlbəcər öz yeni simasıyla sakinlərini qarşılamağa hazırlaşır. Kəlbəcərə ilkin etapda məhz bu evlərdə 57 ailənin köçürülməsi planlaşdırılır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər