03.05.2025, 13:43
AZ EN
30.03.2023, 07:46 328

Kəlbəcər rayonu, Qaraxançallı kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikası Kəlbəcər rayonunun Qaraxançallı kəndi Tirkeşəvənd kənd inzibati ərazi dairəsinə daxildir. Kəndin adı onun bünövrəsini qoyan tayfanın adı ilə bağlıdır. Qarabağ xanlığının qoşunu ilə birlikdə yadelli işğalçılara qarşı döyüşən əsgərlər arasında Kəlbəcərdən olan Allahverdi adlı bir şəxs var imiş. O, hündürboy adam imiş. Döyüşün qızğın vaxtında xana xəbər verirlər ki, qoşunun içərisində hündürboy bir əsgər düşmən qoşununu qırıb-talayır. Döyüşdən sonra xan həmin əsgəri yanına çağırtdırıb təşəkkür edir və ona bağışlamaq üçün bir qılınc sifariş edir. Qılınc Allahverdinin boyunun hündürlüyünə görə uzun olur. Qılıncın uzunluğuna görə də ona Qaraxançallı ləqəbi verirlər. Kara türkcə böyük deməkdir, karaxançal, yəni böyük xançal. Kəndin bünövrəsini də XVI-XVII əsrlərdə Karaxançallı Allahverdi qoymuşdur. Kənd Qaraxan çayının sahilində, dağətəyi ərazidə salınmışdır. Usublu yalı yurdu, Abdulrəhman yurdu, Səlimin yurdu, Novlu bulaq, Arpalar bulağı, Göy bulaq, Daş bulaq, Birəli, Göllər, Qanqallı, Ağqaya, Əzizin binəsi, Zəylik binəsi, Damın yanı binə və s. kimi məşhur yerlər də Qaraxançallı kəndinə məxsusdur.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR