Şaplar kəndi Azerbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il 54-XII saylı Qərarı ilə Dalqılınclı kənd Sovetindən ayrılaraq Şaplar kənd Soveti yaradılmışdır. Kəndin adı ilə bağlı məlumata görə kənd Şapı adında qeyd olunmuşdur. Əslində ilk adı Şahpərilər olmuşdur. Kürdlər arasında şəxs adlarının yuvarlaq işlənməsi nəticəsində Şahpəri adı Şapı formasına düşmüşdür. Yerli adamların verdiyi məlumata kəndi 19-cu yüzillikdə Kərbəlayi Ellaz qızı Şahpəriyə cehizlik verilmiş binə yerində onun övladları saldığına görə verilmişdir. Kəndin Qoçdaş yaylağı, Qonqur yurdu, Çökək yurd, Boğaz yurd, Gölyeri yurdu və s. yaylaqları, Mansur bulağı, Nöyütlu bulaq, Xaraba bulağı, Uçuğun bulağı, Aralıq bulağı və s. kimi bulaqları, Uçuq, Maral qayası, Əlişin güneyi, Şişqaya, Kömürxana, Qaraxan binəsi, Aslanın binəsi, Pələngə binəsi, Yuxarı binə, Xaraba yurdun binəsi kimi xeyli sayda məşhur yerləri var. Tanınmış Azərbaycan şairi Xaqani Həbiboğlu bu kəndin yetirməsidir. Uzun illər işğalda qalan kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
İsa MUSAYEV